​Bakıda dəhşətli yol qəzası – ÖLƏN VƏ XƏSARƏT ALAN VAR - YENİLƏNDİ

Baxış sayı:
9175

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 7-də saat 12 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində Füzuli rayon sakini Ruslan Süleymanov idarə etdiyi “Mercedes” markalı (yük) avtomobillə yolu keçən qəsəbə sakinləri Cəlal İsmayılovu və onun arvadı Xanımı vurub. Nəticədə X.İsmayılova hadisə yerində ölüb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

*****

10:02

Bakıda ağır yol qəzası baş verib.
Binəqədi-Biləcəri yolunda “Mercedes” markalı yük avtomobili yolu keçməyə çalışan yaşlı kişi ilə qadını vurub.
Nəticədə ağır xəsarət alan 72 yaşlı qadın vəfat edib, 81 yaşlı kişi isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.