BAKIDA DƏHŞƏTLİ QƏZA: Toya gedən gənclər... - VİDEO

Baxış sayı:
12574

Bu gün Binəqədi rayonunda ağır qəza hadisəsi baş verib. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, “Xəzər” (Khazar) markalı avtomobil Bakı şəhərinin Binəqədi rayonunda yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə 1993-cü il təvəllüdlü sürücü Ağarza Eldar oğlu Ağayev və sərnişin Rəşad Həsənov hadisə yerindəcə dünyasını dəyişiblər. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və sürücünün meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, Ağarza və Rəşad sinif yoldaşıdırlar və bu gün digər sinif yoldaşlarının toy mərasiminə gedirlərmiş. Allah rəhmət eləsin!