Bakıda dəhşətli qəza: 7 maşın toqquşdu, ikisi aşdı - VİDEO

Baxış sayı:
6763

Bakıda bir müddət əvvəl baş vermiş dəhşətli qəzanın görüntüləri təhlükəsiz şəhər kameralarına düşüb.
Muxalifet.az Avtosfer.az-a istinadla xəbər verir ki, Hava limanı istiqamətində, Sabunçu körpüsünün üstündə əvvəlcə sıxlıq yaranır.
Ardınca sıxlıqda zolağı dəyişmək istəyən avtomobilə arxadan gələn VAZ 21 99 markalı maşın çırpılır. Eyni anda 7 avtomobil zərbənin nəticəsində bir-birinə dəyir. Onlarda ikisi aşır.
Bu cür qəzalara səbəb sürücülərin vəziyyəti düzgün qiymətləndirməməsi, ara məsafəsi və sürət həddinin qorunmamamsıdır. Həmçinin tələsərək digərinin yoluna çıxmaq da analoji qəzaların əsas səbəbidir.