​Bakıda dəhşətli qəza: 4 nəfər öldü

Baxış sayı:
6439

Bakıda ağır yol qəzası baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə Xətai rayonu ərazisində Nobel prospektində qeydə alınıb.
Belə ki, "Hyundai Elantra" markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə 4 nəfər hadisə yerində ölüb. Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri meyitləri deformasiyaya uğramış avtomobildən çıxarmağa çalışır. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.