Bakıda dəhşətli partlayışda ölənlərin şəxsiyyəti müəyyənləşdi - ADLAR

Baxış sayı:
9880

Bu gün Bakıda baş vermiş güclü partlayışda ölən 2 nəfərin şəxsiyyəti müəyyənləşib. Muxalifət.az Lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu Əhməd Rəcəbli küçəsi 304 ünvanında, “Azərtranservis”ə məxsus ərazidə yerləşən çayxanada baş vermiş partlayışda 50 yaşlı Zöhrab Saatov və İbrahimova Möminə Rəhim qızı vəfat edib. İbrahimov Natiq Zahid oğlu və İbrahimova Şəkər Xosrov qızı isə ağır xəsarətlərlə 5 saylı xəstəxanaya yerləşdirilib. Bildirilir ki, hadisə vaxtı çayxanada 3 ədəd qaz balonu olub və onların hamısı partlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq, 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.