BAKIDA DƏHŞƏTLİ OLAY: Azyaşlı qıza evində təcavüz edildi

Baxış sayı:
4528

Bakıda yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən Elman Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Elman Hüseynov Sabunçu rayonu, Maştağa qəsəbəsində yetkinlik yaşına çatmayan 2004-cü il təvəllüdlü Samirə Məmmədovaya (ad və soyad şərti verilib – red.) təcavüz edib.
Məlum olub ki, Elman Hüseynov ilk dəfə ona 2017-ci il dekabrın 27-də təcavüz edib. O, Samirə Məmmədovanın yaşadığı evə bu çirkin niyyətini həyata keçirib. Qızla qeyri-təbii yolla cinsi əlaqə sonradan bir neçə dəfə təkrarlanıb.
Sonuncu dəfə Elman Hüseynov Samirə ilə 2018-ci ilin yanvarında cinsi əlaqədə olub.
Bundan xəbər tutan Samirə Məmmədovanın valideynləri polisə şikayət edib.
Polis əməkdaşları tərəfindən Elman Hüseynov həbs edilib.
İstintaq orqanı tərəfindən Elman Hüseynovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Elman Hüseynovun barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə araşdırılıb.
Qapalı keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Elman Hüseynov 12 il müddətinə azadlıqdan məhrum edilib.