Bakıda dəhşətli hadisə - ÖLƏNLƏR VƏ XEYLİ YARALI VAR

Baxış sayı:
5233

Dünən axşam saatlarında Bakıda ağır yol qəzası baş verib.
Saat 17 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İ.Əsgərovun idarə etdiyi “Mercedes” və N.Həşimovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.
Nəticədə avtomobillərdə olan sərnişinlərdən Əjdər Xudaverdiyev və Əli Musayev ölüb, digər 12 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır./Publika