BAKIDA DƏHŞƏTLİ CİNAYƏT - 24 yaşlı oğlan küçədə ürəyindən bıçaqlandı

Baxış sayı:
898

Bakıda gənc oğlan küçədə bıçaqlanıb.

Hadisə paytaxtın Binəqədi rayonu, Xocasən qəsəbəsində baş verib. Qəsəbənin F.Ağazadə küçəsi ev 3-də yaşayan, 1995-ci il təvəllüdlü Məmişov Mikayıl Qənbər oğlu gecə saatlarında qəsəbədəki "Neto" marketin qarşısında naməlum şəxslə qarşılaşıb. Həmin şəxs M.Məmişovu döş qəfəsindən bıçaqlayaraq hadisə yerindən qaçıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə çatdırılıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb./Trend