​BAKIDA DƏHŞƏT: “Yox” cavabı alan oğlan sevgilisinin atasını və əmisini...

Baxış sayı: 187

Bakıda evlənmək istəyən oğlan onun elçilərinə “yox” cavabı verən qızın atasını və əmisini döyüb.
Hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü Həsən Məhəmmədzadə Lənkəran rayon sakini, qızını ona verməyən Mehman Əliyevin Mərdəkan qəsəbəsindəki evinə hücum edərək onu və qardaşını döyüb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. (report)