BAKIDA DƏHŞƏT: Qardaş qardaşı qətlə yetirdi

Qətli törədən şəxs daha sonra hadisə yerindən qaçıb
 
Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Hadisə Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən ev 21, mənzil 5-də baş verib.
Həmin ünvanda yaşayan Binəqədi rayon sakini, 1983-ci il təvəllüdlü Murad Ramazan oğlu Əliyev qardaşı Əli Ramazan oğlu Əliyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, daha sonra hadisə yerindən qaçıb.
Hadisəni törədən şəxs hüquqşünas, onun öldürdüyü qardaşı isə polis əməkdaşıdır.
Hüquq-mühafizə orqanları qətli törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.