BAKIDA DƏHŞƏT: Arvadını bu səbəbdən boğazından bıçaqladı
31-07-2018 10:08
Baxış sayı:
5825
Nəsimi rayonunda qadın qısqanclıq zəminində bıçaqlanıb.
Hadisə Cavadxan küçəsində yerləşən mənzildə baş verib.
1988-ci il təvəllüdlü Məhəbbət Şıxıyeva həyat yoldaşı ilə mübahisə edib. Əri onu qısqanclıq zəminində döyüb. Daha sonra qadın qol və boğaz nahiyələrindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Faktla bağlı araşdırma aparılır.