Bakıda DƏHŞƏT: ana və bacısını öldürüb Rusiyaya qaçdı - TƏFƏRRÜAT / YENİLƏNDİ

Baxış sayı:
2359

Axar.az paytaxtın Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 49A ünvanındakı “Uğur-2” yaşayış kompleksindəki mənzildə baş verən qətllə bağlı yeni məlumatlar əldə edib. Belə ki, kirayə mənzildə yaşayan ana və gənc qızı öldürən şəxsin kimliyi artıq məlumdur. Məlumata görə, adı və soyadı açıqlanmayan qatil Fatma Həmzəyevanın oğlu imiş. Həmin şəxsin ölkədən qaçdığı və Rusiyaya getdiyi barədə xəbərlər dolaşır. Ölən gənc qız Bakıxanovdakı marketlərin birində satıcı işləyirmiş. Onların uzun müddətdir ki, bu kompleksdə kirayədə yaşadıqları bildirilir. Qətlin səbəbi bilinmir. *** Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, cinayət dünən saat 22 radələrində baş verib. Bildirilir ki, gənc oğlan həmin ünvanda kirayədə qalan anası və bacısını xüsusi amansızlıqla qətlə yetirib. Ölənlər 1994-cü il təvəllüdlü Elgün Əbülfəz qızı Niftizadə və onun anası 1968-ci il təvəllüdlü Fatma Vafa qızı Həmzəyevadır. Gənc qızın boğazının kəsildiyi və anasının isə bədəninə çoxsaylı bıçaq zərbələri vurulduğu deyilir. Gənc oğlan amansız cinayəti qısqanclıq səbəbindən edib. Deyilir ki, o, ana və bacısını keçirdikləri həyat tərzinə görə öldürüb. *** Bakıda ana və qızının meyiti aşkarlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov feysbuk səhifəsində məlumat yayıb. Məlumatda bildirilir ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı E.Niftizadənin yaşadıqları mənzildə üzərlərində çoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətləri olan meyitləri aşkar edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bakının Sabunçu rayonu ərazisində baş verən dəhşətli qətlin təfərrüatları məlum olub. Muxalifet.az Criminal.az-a istinadən xəbər verir ki, xəbər verir ki, qətl Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 49A ünvanındakı "Uğur-2" yaşayış kompleksindəki mənzildə törədilib. Mənzildə kirayə yaşayan ana və gənc qızı naməlum şəxs tərəfindən öldürülüb. İlkin ehtimala görə, qətli ailənin oğlu törədib. Meyitlər müayinə üçün məhkəmə-tibbi ekspertizasına aparılıb. Qətl törədilən mənzil məmura - Sosial-müdafiə fondunun Xəzər rayon şöbəsinin Rafiq adlı əməkdaşına məxsusdur.