BAKIDA DƏHŞƏT: 25 yaşlı sürücü öldü - VİDEO

Baxış sayı:
3646

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Ziya Bünyadov prospekti ilə hərəkətdə olan "Hunday Elantra" markalı avtomobil (99 RX 128 dövlət qeydiyyat nişanlı) qarşıda gedən maşına dəyərək, idarəetmədən çıxıb və yol kənarındakı bordürə çırpılıb.
 
Nəticədə taksi fəaliyyəti ilə məşğul olan 25 yaşlı sürücü (ad və soyadı hələ ki, məlum deyil) hadisə yerində ölüb. Qəza zamanı maşında yanğın baş verib. Yanğını yoldan keçən hərbçilər söndürüblər.
 
Hadisə şahidlərinin sözlərinə görə, sürücü yuxulu olub və maşını yüksək sürətlə idarə edib.
 
Qəza zamanı "Hunday”dan başqa daha iki maşına ziyan dəyib./report