​Bakıda dayanacağın ətrafına çəkilmiş hasar söküldü - Foto

Baxış sayı:
181

Xətai rayonu İnqilab İsmayılov küçəsindəki avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev paylaşıb.
O bildirib ki, problemlə əlaqədar BNA-ya vətəndaşlar məlumat veriblər və müraciət əsasında əraziyə baxış keçirilib:
“Müəyyən edilib ki, məlum olmayan səbəbdən dayanacaq məntəqəsinin ətrafı hasarlanıb. Nəticədə dayanacaq pavilyonunun şüşələri qırılıb, dirəklər zədələnib. Dayanacağın ətrafı hasarlandığından sərnişinlərin məntəqəyə gəlişi təhlükəli hal alıb.
Belə ki, bunun üçün sərnişinlər məcburi qaydada yolun hərəkət hissəsinə çıxırlar ki, bu da onların təhlükəsizliyi baxımından ciddi problemdir”.


***

Bakı Nəqliyyat Agentliyinin (BNA) müdaxiləsi ilə paytaxtın Xətai rayonunun İnqilab İsmayılov küçəsində avtobus dayanacağının ətrafına çəkilmiş dəmir hasar sökülüb.
Agentlikdən bildirib ki, hazırda ərazidə piyadaların və müntəzəm marşrut xəttindən istifadə edən sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün şərait yaradılır.