​Bakıda dava: İDMANÇIMIZ BIÇAQLANDI

Baxış sayı:
209

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Report xəbər verir ki, 1992-ci il təvəllüdlü Rüstəmov Musa Bəhlul oğlu günorta saatlarında tanışı ilə mübahisə zamanı bıçaqlanıb.
Yaralı "Mersedes" markalı minik avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis bölməsində araşdırma aparılır.
M.Rüstəmov Gömrükçü İdman Cəmiyyətinin üzvüdür. O, Cəmiyyətin güləş yığmasında (66 kq) çıxış edir.