Bakıda daha bir yaşayış binasında GÜCLÜ PARTLAYIŞ: 14 mərtəbəli binanın...

Baxış sayı:
5113

Bakıda daha bir evdə yanğın baş verib.
Hadisə gecə saatlarında Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində qeydə alınıb.
Sakinlərin verdiyi məlumata görə, 14 mərtəbəli binanın sonuncu mərtəbəsindəki yanğında partlayış da baş verib. Yanğının güclü olması səbəbindən xəsarət alanların da olması ehtimal edilir.
FHN yanğınla bağlı xəbəri Trend-ə təsdiqləyib.