Bakıda daha bir universitet tələbəsi faciəvi şəkildə öldü - FOTO

Baxış sayı:
811

Dekabrın 4-nə keçən gecə Bakı şəhər Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S. Bəhlulzadə küçəsində yerləşən fərdi evdə Dadaşov Nurlan Akif oğlu dəm qazından boğularaq ölüb.
Muxalifet.az xəbər verir ki, həmin ünvanda kirayə yaşayan Nurlan tələbə olub. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kursunda təhsil alırmış.
Nurlan Dadaşov dünən doğulduğu Ağsu şəhərində dəfn edilib.
Qeyd edək ki, faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.//Publika