​Bakıda daha bir islamçı saxlanıldı

"Müsəlman Birliyi Hərəkatı"nın daha bir üzvü tutulub.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, "Müsəlman Birliyi Hərəkatı" adlı qurumun İdarə Heyətinin üzvü, ilahiyyatçı Fərhad Mirzə Bakının Binə qəsəbəsində saxlanılıb.
O, Nardaran hadisələrində təqsirləndirilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Fərhad Mirzə "Müsəlman Birliyi Hərəkatı"nın rəhbəri Taleh Bağırovun yaxın tərəfdaşı olub.