​Bakıda çay evində qan töküldü

Baxış sayı:
11098

Bakıda bıçaqlanma hadisəsi baş verib.
Masallı rayon sakini, 1968-ci il təvəllüdlü Azad Əsədov Yasamal rayonu H. B. Zərdabi küçəsində yerləşən “Ocaq” çay evində bıçaqlanıb. Yaralı təcilli 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. 
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisənin Azad Əsədovun həmyerlisi, 1960-ci il təvəllüdlü Zahid Abdullayev tərəfindən törədildiyi məlum olub.
Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.