​Bakıda bu məktəblərdə DƏRSLƏR DAYANDI

Baxış sayı:
2671

“2018 Formula 1 Azərbaycan Qran Pri yarışı” tədbiri ilə əlaqədar olaraq bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb.
Təhsil nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun Lent.az-a verdiyi məlumata görə, həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1-5 may tarixli yaz tətilinin 24-30 aprel 2018-ci il tarixinə keçirilməsi, 5-11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.