​Bakıda böyük tıxac: Bu yollarda hərəkət tamamilə dayanıb - FOTO

Baxış sayı:
2638

Hazırda paytaxtın bir çox küçələrində tıxac yaranıb.
Muxalifet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, səhər saatlarından Bakının "Şamaxinka”, 1, 4 və 9-cu mikrorayon ərazilərində böyük tıxac var.
Sıxlıq əsasən Moskva prospekti, Asif Məhərrəmov, 20 Yanvar, Mir Cəlal küçələrindədir. Bu yollarda hərəkət tamamilə dayanıb, ictimai nəqliyyat vasitələri və şəxsi minik avtomobilləri hərəkətsiz vəziyyətdə tıxacda qalıb.