Bakıda böyük biznesi olan ermənilər... - ŞOK FAKTLAR

Baxış sayı:
34108

Hazırda paytaxt Bakıda və ölkənin digər bölgələrində xarici şirkətlərə bağlı olan onlarla, yüzlərlə nümayəndəlik fəaliyyət göstərir.
Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, bu şirkətlərin başında duranlardan bir-neçəsi erməni millətinə məxsus şəxslərdir.
- Rəhbəri erməni olan və Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən biri "Yandex taxi"dir. Bildiyimiz kimi, 2017-ci ilin iyul ayında "Yandex" və "Uber" xidmətləri Rusiya və MDB ölkələrində biznesin birləşdirilməsi barədə saziş imzalayıblar. Müqaviləyə əsasən birləşmiş şirkətdə "Yandex" 59,3% paya malikdir. Bu həm də o deməkdir ki, Azərbaycanda "Uber" adı ilə fəaliyyət göstərən taksilərin qazandığı pulun yarıdan çoxu erməni əsilli Tiqran Xudaverdyanın rəhbərlik etdiyi "Yandex taxi" şirkətinin kassasına daxil olur.
Kimdir Tiqran Xudaverdyan? Bu şəxs 28 dekabr 1981-ci ildə İrəvanda anadan olub. 2004-cü ildə Moskva Dövlət Universitetinin fizika fakultəsindən məzun olub. 2006-cı ildən "Yandex" şirkətində çalışmağa başlayıb. 2014-cü ildən "Yandex taxi" şirkətinə rəhbərlik edir. Bu ilin may ayında "Yandex" şirkətinin Direktorlar Şurasına üzv olub və şirkətin əsas səhimdarlarından birinə çevrilib.
- Rəhbəri erməni olan və Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən biri də "Sputnik" xəbər agentliyidir. Bu agentlik Rusiyanın və eləcə də dünyanın ən böyük media şirkətlərindən biri hesab olunur. Xəbər agentliyinin başında isə erməni əsilli Marqarita Simonyan dayanır.
Kimdir Marqarita Simonyan? Bu şəxs 6 aprel 1980-ci ildə Rusiyadən Krasnodar vilayətində erməni ailəsində dünyaya gəlib. Kuban Dövlət Universitetində və ABŞ -da jurnalistika təhsili alıb. 2005-ci ildən  "Russia Today" telekanalına baş redaktorluq edir. 2014-cü ildət etibarən isə "Sputnik" xəbər agentliyinin baş redaktoru təyin olunub. Erməni əsilli  Marqarita Simonyan dəfələrlə Rusiyanın yüksək dövlət mükafatları ilə təltif olunub. Marqarita Simonyan erməni əsilli kinorejisor və aktyor Tiqran Keosayan ilə evlidir.
- Rəhbərlərindən biri erməni olan və ölkəmizdə böyük biznes fəaliyyəti gösrərən şirkətlərdən biri də Rusiyanın nəhəng neft şirkətlərindən olan "RussNeft"dir. Bu şirkət Azərbaycanın quruda yerləşən neft yataqlarının böyük əksəriyyətini istismar edir. Hazırda quruda yerləşən neft yataqları üzrə 12 saziş imzalanıb. Bu sazişlərin bəziləri "RussNeft"ə bağlı olan şirkətlərlə - "UQE Lanser PTİ. LTD", AZEN, "Qlobal Energy Azərbaycan", "Neftçala İnvestments LTD" ilə bağlanıb. Bu şirkətlər hazırda Azərbaycanın ən böyük quru neft yataqlarında 75-85% paya sahibdirlər. Həmin quru neft yataqları arasında "Balaxanı-Sabunçu-Ramana", "Kürdəxanı", "Binəqədi", "Qırməki", "Çaxnaqlar", "Sulutəpə", "Masazır", "Fatmayı", "Şabandağ", "Sianşor", "Kürovdağ", "Mişovdaq", "Kəlaməddin", "Neftçala", "Xıllı", "Dürovdağ-Babazanan" kimi fəaliyyətdə olan yataqlar yer almaqdadır. Azərbaycanda böyük layihələrə imza atan "RussNeft" şirkəti erməni əsilli maliyyə mütəxəssisi, "Safmar” şirkətinin baş direktoru Avet Mirakyanı Direktorlar Şurasına daxil edib.
Kimdir Avet Mirakyan? 23 may 1974-cü ildə İrəvanda anadan olub. Avet Mirakyan 1996-cı ildə İrəvan Dövlət Universitetinin məzunudur və bir müddət Ermənistan Mərkəzi Bankında çalışıb. Daha sonra Rusiyada müxtəlf banklarda, eyni "Artur Anderson" və "Ernst and Young" kimi audit şirkətlərində işləyib. 2007-ci ildə Qutseriyevə məxsus “Binbank”a vitse-prezident təyin olunub. 2016-cı ildə isə Qutseriyevin "Safmar"ın şirkətinin baş direktoru olub. Hazırda Mirakyan erməni millətindən olan şəxslərlə olduqca sıx münasibətləri malikdir. Bunu "RussNeft"in Direktorlar Şurasının yeni üzvünün "Facebook" sosial şəbəkə hesabından açıq şəkildə görmək mümkündür.