​Bakıda "BMW X5" qəza törətdi: ÖLƏN VAR

Bu gün Bakıda dəhşətli yol qəzası baş verib.
Muxalifət.az lent.az-a istinadən xəbər verir ki, səhər saat 7 radələrində Sabunçu rayonu ərazisində - Zabrata gedən yolda "BMW X5" markalı avtomobil 55-60 yaşlı qadını vurub. Zərbənin gücündən qadın hadisə yerində ölüb və tanınmaz hala düşüb.
Ölən qadının şəxsiyyətini dəqiqləşdirmək hələlik mümkün olmayıb. Araşdırma aparılır.