Bakıda biznes mərkəzində yanğın söndürüldü - FOTO/VİDEO - YENİLƏNİB

Bakının Nərimanov rayonunda “AFEN PLAZA" biznes mərkəzinin dam örtüyündə baş vermiş yanğın söndürülüb.
APA-nın xəbərinə görə, yanğının başvermə səbəbləri araşdırılır.
***
Fövqəladə Hallar Nazirliyi Bakıda biznes mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.
Hurriyyet.org nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda “AFEN PLAZA" biznes mərkəzinin dam örtüyündə yanğın müşahidə olunur. Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində işlər və digər xilasetmə tədbirləri həyata keçirilir. Əlavə məlumat veriləcək.
***
Bakının Nərimanov rayonunda yerləşən "AFEN Plaza"da güclü yanğın baş verib.
Muxalifət.az qafqazinfo-ya istinadən xəbər verir ki, binanın 6-cı mərtəbəsində başlayan yanğın bütün mərtəbələri bürüyüb.
Hazırda hadisə yerinə Fövəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.
Yanğının söndürülməsi istiqamətində işlər aparılır.