Bakıda bir gündə 3 qadın bu səbəbdən öldü

Baxış sayı:
11749

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb.
Muxalifet.az nazirliyə istinadən xəbər verir ki, iyunun 19-da saat 8 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Zaur Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən 60-70 yaşlı qadını vurub.
Piyada hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Oxşar hadisə dünən Sabunçu rayonu ərazisində də qeydə alınıb. Saat 22 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Rusiya Federasiyasının vətəndaşı A.Spiridonov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Radiya Əhmədovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.
Bundan başqa iyunun 18-də Sabunçu rayonu Bakıxanov qəsəbəsində avtomobilin vurduğu qadın da dünən xəstəxanada ölüb. Belə ki, "Hyundai Sonata" markalı 10 FS 939 dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu 1952-ci il təvəllüdlü Rozakova Zemfira Sergeyevnanı 3 saylı şəhər xəstəxanasında keçinib.
Hər 3 faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.