Bakıda bir aptek dərmanı küçənin ortasına tökdülər - FOTOLAR

Bakının Nərimanov rayonu ərazisində, Ə.Rəcəbli küçəsində yerləşən "Qızılgül" apteki qəfil boşaldılıb və bütün dərmanlar yola tökülüb.
 
Şahidlərin Publika.az-a verdikləri məlumata görə, aptekin önü 1 saatın içində dərman preparatları, iynələr, ampulalar və digər dərman ləvazimatları ilə dolub. Nəticədə yoldan keçən sakinlərin hərəkətinə mane törədilib.
Satıcılardan biri deyib ki, qəfil içəri girən şəxslər apteki boşaldıblar və onları çölə çıxardıblar. Güman olunur ki, apteki boşaltdıran şəxs obyektin sahibidir.
Qeyd edək ki, əhalini daha çox narahat edən məsələ küçəyə tökülən dərman vasitələri olub. Onların içində elə dərmanlar var ki, daim soyuq şəraitdə saxlanılmalıdır. Odur ki, bu dərmanların sonrakı taleyinin necə olacağı qeyri-müəyyəndir.
Məsələ ilə bağlı hələ ki, heç bir rəsmi qurum açıqlama verməyib.