Bakıda binada qaz sobası yanğına səbəb oldu: təxliyə edilənlər var

Baxış sayı:
6463

Bakıda hündürmərtəbəli binada qaz sobasının partlaması nəticəsində yanğın olub.
FHN-dən Muxalifet.az-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 38 m2 olan 2 otaqlı mənzilin eyvanında qaz sobası yanıb. Yanğın zamanı 4 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.