Bakıda bina tikən şirkət rəhbəri HƏBSXANADA ÖLDÜ

Baxış sayı:
5899

Bakı şəhərində çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan “Əzizbəy-KM” MMC tikinti şirkətinin təsisçisi, 56 yaşlı Fuad Əhməd oğlu Mirzəyev Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsində dünyasını dəyişib.

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Fuad Mirzəyev 2014-cü ildə məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək 7,6 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, cəzasını Penitensiar Xidmətin 6 saylı müəssisəsində çəkirdi. Lakin infarkt keçirdiyindən bu yaxınlarda Xidmətin müalicə müəssisəsinə keçirilmişdi.