Bakıda BİABIRÇI OLAY: Ər arvadını xəyanət edəndə tutdu və... - VİDEO

Baxış sayı:
12805

Space Tv-də Amil Xəlilin «Gəl dərdini danış» verilişində biraz əvvəl daha bir xəyanət faktı ortaya çıxıb.
unikal.org xəbər verir ki, verilişə müraciət edən Elmir adlı şəxs arvadının ona xəyanət etdiyini və qızının məhkəmə yolu ilə ona verilməsini xahiş edib. Sübutlarla efirə gələn Elmir xanımının illərdir onu aldatdığını və onun xəyanətini bu yaxınlarda bildiyini qeyd edib. «Gecə növbəsində çalışıram. Ötən ay evə tez gəlməli oldum. Həmişə səhər üzü 08:00 da işdən ayrılırdım. Bu dəfə gecə 4 də çıxmalı oldum. Gəldim evə. Gördüm qayınanam yatıb, qızım da xəstə halı ilə uzanıb yerinə. Soruşdum anan hanı? Dedi ki, bilmirəm. Uşaq nənəsinin yanına gedib anasını soruşdu. Mən eşitdim. Qayınanam qızıma «indi gələcək dedi». Səhər üzü olardı, hava açılmışdı. Gördüm xarici maşından düşdü və evə gəldi. Haradan gəldiyini soruşduqda «sənə nə» cavabını verdi. Daha sonra «Aptekə getdiyini bildirdi. Biraz mübahisə düşdü. Telefonunu əlindən alıb yazışmaları gördüm. Elə həmin günü də ayrılmışam.» deyə Elmir bildirib.
Onun istəyi isə az yaşlı qızının Salyan rayon aidiyyatı qurumların köməyi ilə ona verilməsidir. Qeyd edək ki, Elmir arvadının oğlanlarla danışığını və digər sübutları efirə təqdim edib. Teleaparıcı Amil Xəlil isə bəzi görüntülərin efirə uyğun olmadığını deyərək məsələni diqqətdə saxlayacaqlarını bildirib. «Burda elə şəkillər var ki, qadına yaraşmayan formada çəkilib.»
Amil Xəlil qadının izahatını da birbaşa efirdən oxuyub. Qadın ərinin ona şər atdığını və həmin kişilərlə ona şər atmaq məqsədi ilə Elmirin özünün danışdığını izahatda qeyd edib. Bu izahat isə ekspertləri özündən çıxardıb. 
Həmin maraqlı anları sizə təqdim edirik.