​Bakıda betonqarışdıran maşın aşdı - ÖLƏN VAR

Baxış sayı:
5566

Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Muxalifet.az open.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunu, 20 Yanvar küçəsində qeydə alınıb. Bakı şəhər sakini Ə.Həşimov idarə etdiyi "Mercedes" markalı betonqarışdıran avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.