​Bakıda bədbəxt hadisə - DAMDAN YIXILIB ÖLDÜ

Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyulun 2-də Maştağa qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini Məmmədağa Manafov Maştağa qəsəbəsində özünə məxsus evin dam örtüyündə təmir işləri görərkən yıxılıb və hadisə yerində ölüb.