​Bakıda baş verən atışma barədə NAZİRLİKDƏN AÇIQLAMA

Baxış sayı:
2506

Dekabrın 22-də Yasamal rayonunda baş verən silahlı insident nəticəsində yaralananların vəziyyəti orta-ağırdır. Bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib. P. Abubəkirov bildirib ki, gecə saatlarında xəstəxanaya iki yaralı kişi çatdırılıb. 30 yaşlı kişiyə döş qəfəsinin içəri keçməyən odlu silah yarası diaqnozu qoyulub. Bir neçə dəqiqədən sonra isə, sağ baldırın odlu silah yarası diaqnozu ilə 32 yaşlı kişi Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hər iki yaralıya həkimlər lazımı tibbi yardım göstəriblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir. Qeyd edək ki, dünən Yasamal rayonu, Şərifzadə küçəsində Binəqədi rayonu sakini, 1989-cu il təvəllüdlü Zülfü Muradov naməlum şəxs tərəfindən öz avtomobilində güllələnib. O, 3 güllə yarası alıb. Eyni zamanda həmin avtomobildə olan sərnişin İlkin Babayev də diz nahiyəsindən güllə yarası alıb. Hazırda fakt araşdırılır./ virtualaz.org