Bakıda baş vermiş yol qəzası – İKİ NƏFƏR HƏLAK OLUB

Baxış sayı:
3346

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, aprelin 21-i saat 01 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı Tarieli Kakabidzenin idarə etdiyi “Renault” (yük) və Bakı şəhər sakini Eldar Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Əliyev və sərnişini, paytaxt sakini Pərviz Məmmədov orada ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.