Bakıda barda qanlı dava – Turist ürəyindən bıçaqlandı - Foto

Baxış sayı:
6798

Bakıda bıçaqlanma hadisəsi olub.

Muxalifet.az xəbər verir ki, hadisə Sabail rayonu, Yusif Məmmədəliyev küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə yerləşən "Feniks" barda 1979-cu il təvəllüdlü Böyük Britaniya vətəndaşı Pol Hevist tanımadığı şəxslə mübahisə edib.

Mübahisə zəmnində o, qarşı tərəfdən bıçaq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Ona, sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.