Bakıda Azərbaycan Ordusuna dəstək yürüşü keçirilir - VİDEO / YENİLƏNİB

Baxış sayı:
2375

Bakının ayrı-ayrı yerlərində, küçə və prospektlərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.

Muxalifet.az xəbər verir ki, əllərində Azərbaycan bayraqlarını tutmuş minlərlə insan küçələrə axışaraq “Qarabağ”, "Qarabağa azadlıq" şüarlarını səsləndiriblər.

Əsasən gənclərin iştirak etdiyi aksiyada habelə hərbçilərə dəstək nümayiş etdirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub. Aksiya Şəhidlər Xiyabanına yürüşlə davam edib.

Qeyd edək ki, aksiya respublikamızın digər şəhər və rayonlarında da təşkil olunub./report