Bakıda axtarışda olan oğru iş başında tutuldu - Bakıda KURYOZ CİNAYƏT

Baxış sayı:
3526

Qaradag rayonunda oğurluğa görə axtarışda olan keçmiş məhkum iş başında yaxalanıb.
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşları əməliyyat tədbiri həyata keçirib.
Belə ki, Lökbatan qəsəbəsi ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən T.Mustafayev saxlanılıb.
Saxlanılan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş T.Mustafayevin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib. 
Faktla bağlı araşdırma aparılır.