Bakıda avtomobillər dağıntı altında qaldı - ŞOK GÖRÜNTÜLƏR

Baxış sayı:
433

Bu gün Bakı şəhərinin Yasamal rayonu ərazisində uçqun hadisəsi baş verib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, “Hyatt Regency” otelinin yaxınlığında hasar park edilmiş avtomobillərin üstünə uçub. Hadisə nəticəsində avtomobillərə xeyli ziyan dəyib.
Uçqun nəticəsində ümumilikdə 6 avtomobil əzilib. Onlardan 4-ü yararsız vəziyyətə düşüb.
Hadisə yerinə sığorta şirkətinin nümayəndələri dəvət edilib.