Bakıda avtomobil qatarla toqquşdu – FOTO

Baxış sayı:
3667

Dünən gecə saatlarında Xəzər rayonu Binə qəsəbəsində "Ford" markalı mikroavtobus qatarla toqquşub.
Hadisə şahidlərinin Axar.az-a verdikləri məlumata görə, nəticədə xəsarət alan olmasa da, mikroavtobus ciddi deformasiyaya uğrayıb.
Bildirilir ki, qəza zamanı avtomobilin sürücüsü sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.