Bakıda avtomobil qadını vurub

Bakıda maşın yoldan keçən şəxsi vurub.
 
DİN-in saytının verdiyi məlumata görə, iyulun 15-də saat 15 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Abşeron rayon sakini Elvin Ağayev idarə etdiyi "VAZ-2109" markalı avtomobillə yolu keçən paytaxt sakini Tamara Selinanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
 Xəzər RPİ tərəfindən araşdırma aparılır.