​Bakıda avtomobil işıq dirəyinə çırpılıb, ÖLƏN VAR

Baxış sayı:
3949

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış 1 nəfərin meyitini (şəxsiyyəti məlum deyil) nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.