Bakıda avtomobil hasara çırpılıb – Ölən var

Baxış sayı:
9586

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

İlqar Əliyev idarə etdiyi “Mitsubishi- Pajero” markalı avtomobili hasara çırpıb. Nəticədə avtomobildə olan sərnişin, 1964-cü il təvəllüdlü Tacirə Daşdıyeva aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanılıb.