​Bakıda avtomobil aşdı, BIR AILƏDƏN 3 NƏFƏR XƏSARƏT ALDI

Bakıda minik avtomobili aşıb.
Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Zığ-Hövsan yolunda qeydə alınıb. 47 yaşlı Azər Dadaşlı idarə etdiyi “Land Cruiser” markalı avtomobili aşırıb. Nəticədə sürücü və avyomobildə olan ailə üzvləri  – Tahirə Dadaşlı və 12 yaşlı Ağa Dadaşlı xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.