Bakıda avtobuslarda GEDİŞ HAQQI QİYMƏTİ - CƏDVƏL

Baxış sayı:
5614

Bakı Nəqliyyat Agentliyi (BNA) şəhərətrafı və qəsəbələrarası marşrutlarda yeni tarifləri açıqlayıb. Muxalifet.az xəbər verir ki, BNA-dan verilən məlumata görə, şəhərətrafı və qəsəbələrarası marşrutların başlanğıc və son dayanacaqları arasındakı məsafədən asılı olmayaraq sərnişinin bir istiqamət üzrə ödəyəcəyi gediş haqqı məbləği (gedəcəyi məsafədən asılı olaraq) tarif cədvəlinin 3-cü hissəsinə uyğun olaraq müəyyən edilir. 125 və 199 nömrəli şəhərətrafı marşrutların nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərməsi nəzərə alınaraq, gediş haqqı tarifi 0.35 manat səviyyəsində müəyyən edilib. “28 May” metrostansiyası - Hava Limanı istiqamətində fəaliyyət göstərən H1 nömrəli ekspress marşrutun tarifində dəyişiklik edilməyib. Həmin marşrut üzrə gediş haqqı tarifi 1.30 manat təşkil edir. Qiymət cədvəlini təqdim edirik: