Bakıda avtobus sürücüsü bıçaqlandı – İKİ ZƏRBƏ...

Müşviqabad qəsəbəsində avtobus sürücüsü bıçaqlanıb.
Hadisə Qaradağ rayonunda baş verib.
1975-ci il təvəllüdlü Əzizov Ərəstun Pirməmməd oğlu idarə etdiyi avtobusda tanımadığı şəxslə mübahisə edib. Mübahisə zamanı onun sağrı nahiyyəsinə iki bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır(report).