Bakıda avtobus piyadanı vurub, vəziyyəti ağırdır

Baxış sayı:
8554

Bakının Sabunçu rayonunda yol qəzasında 1 nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində baş verib.

172 saylı xətt marşrutu üzrə hərəkət sərnişin avtobusu yolu keçmək istəyən 1995-ci il təvəllüdlü Abbasov Ülvi Elxan oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Ü.Abbasova qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.