Bakıda avtobus iki nəfəri vurub

Bakının Nizami rayonunda avtobus iki gənc oğlanı vurub.
"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi metronun Neftçilər stansiyası yaxınlığında baş verib.
Yol kənarında dayanan 1992-ci il təvəllüdlü Rəhimov Fəqani Vəfadar oğlu və eyni yaşlı Əliyev Ruslan Qahir oğlunu avtobus vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayonu Polis İdarəsində araşdırma aparılır.