Bakıda "Aşıqlar" kafesində dava - 1 nəfər bıçaqlandı

Baxış sayı:
145

Bakıda kafedə bıçaqlanma hadisəsi baş verib.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.
Binəqədi rayonu, Binəqədi şosesində yerləşən "Aşıqlar" kafesində Bakı şəhər sakini Tağıyev Elməddin Tağı oğlu Həsənov Samir Zamin oğlu ilə mübahisə edib.
Mübahisə dava ilə nəticələnib və nəticədə E.Tağıyev S.Həsənovu kafenin qarşısında bıçaqlayıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.