Bakıda arvad ərini bıçaqlayıb
28-07-2017 08:22
Onun vəziyyəti ağırdır
Bakıda kişi öz həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Hadisə Sabunçu rayonunda baş verib.
Kürdəxanı qəsəbəsinin sakini 39 yaşlı Hüseynov Emin Əliqardaş oğlu həyat yoldaşı ilə mübahisə edib. Bu zaman həyat yoldaşı ona iki bıçaq xəsarəti yetirib.
Yaralı 3 saylı kliniki tibbi mərkəzə yerləşdirilib. Vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.