​Bakıda aptekdə başqa əməllərlə məşğul olanların MƏHKƏMƏSİ BAŞLADI

Baxış sayı:
8425

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satmaqda təqsirləndirilən İlkin Məmmədov və Günel İslamovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı martın 16-na təyin edilib.
Qeyd edək ki, Sabunçu rayonu Maştağa qəsəbəsində fəaliyyət göstərən aptekin sahibi İlkin Məmmədov və Günel İslamova şəhər prokurorluğunun əməkdaşları tərəfindən saxlanılıb.
Cinayət Məcəlləsinin 240.2.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, təkrarən törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, hər iki şəxs qanunsuz olaraq narkotik vasitələr və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən dərmanların satışı ilə məşğul olublar./Teleqraf/