Bakıda ana tərəfindən döyülən UŞAQ: "Mən səninlə getmək istəmirəm" - VİDEO

Baxış sayı:
7510

Bakıda küçənin ortasında ana övladını döyüb.
Məlumata görə, bu gün paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, Memar Əcəmi metrostansiyası yaxınlığında ana azyaşlı oğlunu sillələməyə başlayıb. Ana ilə övladı arasında yaranan münaqişəyə ətrafdakılar müdaxilə etmək istəyib. Bu zaman valideyn ətrafdakılara sərt reaksiya göstərib. Oğul ağlayıb qışqıraraq bildirib ki, "mən səninlə getmək istəmirəm". Sonra münaqişəyə ətrafda xidmət göstərən polis müdaxilə edib. Polisin müdaxiləsi belə övladı sakitləşdirməyib./Unikal